Ölkə ərazisində şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA
Cəmiyyət
320
16:44, Bu gün

Ölkə ərazisində şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA

Hazırda ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.
 
Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, küləyin sürəti Qəbələdə 30 m/s, İsmayıllıda 24 m/s, Daşkəsəndə 21 m/s, Qobustanda 20 m/s, Goranboy, Laçında 19 m/s, Mingəçevir, Şahdağ, Bakı və Abşeron yarımadasında 18 m/s, Gədəbəy və Füzulidə 16 m/s, Şəkidə isə 14 m/s-dək güclənib.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 24, Aran rayonlarında 31, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.
Link kopyalandı!
Son xəbərlər