ABŞ husiləri dəniz quldurları sayır
Cəmiyyət
282
17 Mar 2025 | 20:52

ABŞ husiləri dəniz quldurları sayır

ABŞ Yəmənin şimalında hökmranlıq edən "Ənsar Allah" hərəkatını dəniz quldurları və Qırmızı dənizdə daimi təhlükə mənbəyi hesab edir.
 
Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus "Fox Business" telekanalına müsahibəsində bildirib.
 
"Bunlar dünyanın hamımıza təsir göstərən hissəsinə nəzarət edən dəniz quldurlarıdır və bu bitəcək", - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
 
Xatırladaq ki, martın 16-na keçən gecə ABŞ öz gəmilərini qorumaqdan ötrü husilərə qarşı genişmiqyaslı əməliyyata başlayıb: ABŞ ordusu Yəmən ərazisindəki hədəflərə silsilə zərbələr endirib.
Link kopyalandı!
Son xəbərlər