Türkiyədə Azərbaycan dili kursları fəaliyyətə başlayıb - FOTO
Cəmiyyət
225
14:23, Bu gün

Türkiyədə Azərbaycan dili kursları fəaliyyətə başlayıb - FOTO

Azərbaycanın Ankaradakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin Qazi Universitetində Azərbaycan dili kursları fəaliyyətə başlayıb.
 
Bu barədə mərkəzdən məlumat verilib.
 
Qeyd edilib ki, ilk dərs günü keçirilən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi, səfirlik əməkdaşları və kurs tələbələri iştirak ediblər.
 
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Türkiyədə milli mədəniyyətimizin, tariximizin, dilimizin təbliği məqsədilə müvafiq mərkəzin yaradıldığını bildirib.
 
O, dərslərin yalnız dil bacarıqlarının inkişafı ilə məhdudlaşmayacağını, eyni zamanda Azərbaycan mədəniyyəti və tarixinin öyrənilməsi baxımından da böyük əhəmiyyət daşıdığını, müxtəlif mədəniyyət proqramları və görüşlərlə zənginləşdiriləcəyini qeyd edib.
 
Qeyd edək ki, Qazi Universitetində açılmış Azərbaycan Dilinin Tədrisi Ocağı Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yenidən qurulub, burada dilimizin tədrisi ilə yanaşı, ölkəmizə, dövlət rəmzlərinə dair guşələr və minikitabxana da yaradılıb.
 
Azərbaycan dilinin tədrisi üzrə təlimçi-pedaqoq, Qazi Universitetinin doktorantı Şəhla İbişova həftədə üç dəfə keçiriləcək dərslər üçün dərslik və metodik vəsaitlərin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin ediləcəyini söyləyib.

Link kopyalandı!
Son xəbərlər