İlaxır çərşənbədə 31 dərəcə isti olacaq
Cəmiyyət
226
13:00, Bu gün

İlaxır çərşənbədə 31 dərəcə isti olacaq

Azərbaycan ərazisində martın 18-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 8-13, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 9-14, gündüz 26-31, dağlarda gecə 4-9, gündüz 20-25 dərəcə isti olacaq.
 
Link kopyalandı!
Son xəbərlər