Bu ərazidə araq içmək QADAĞAN EDİLDİ
Cəmiyyət
315
10:34, Bu gün

Bu ərazidə araq içmək QADAĞAN EDİLDİ

Rusiyada daha bir yaşayış məntəqəsində alkoqol qəbulu qadağan edilib.
 
Bu barədə "Buryatiya-Onlayn" "Telegram" kanalı məlumat yayıb.
 
Buryatiya regionunun Malıy Narın kəndinin sakinləri yığıncaq keçiriblər və öz yaşayış məntəqələrini spirtli içkinin içilmədiyi zona elan etmək barədə yekdliliklə qərar qəbul ediblər.
 
Əhali hakimiyyət orqanları, prokurorluq və hüquq-mühafizə orqanları ilə birlikdə yaşayış məntəqəsində spirtli içkilərin satışının tam qadağan edilməsi qərarına gəlib.
 
Qeyd edilir ki, bu, regionda yerli əhalinin spirtli içkilərin qəbuluna qarşı fəal mübarizə aparan ilk yaşayış məntəqəsi deyil. Malıy Narın Buryatiyada bu cür addım atan sayca 30-cu yaşayış məntəqəsidir. (Oxu.az)
 
 
 
Link kopyalandı!
Son xəbərlər