İntihar təhdidi edən ana övladını GERİ ALDI
Cəmiyyət
458
15:58, Bu gün

İntihar təhdidi edən ana övladını GERİ ALDI

Kəmalə Ağazadəni intiharla təhdid etməkdə ittiham olunan valideynin uşağı anasına qaytarılıb.
 
Moderator.az ın əldə etdiyi məlumata görə, uşaq yerləşdirildiyi müəssisədən anaya verilib.
 
Məlumata görə, uşağın səhhəti yaxşıdır.
 
Xatırladaq ki, bu il fevralın 11-də Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün "Facebook" hesabından paylaşım edərək bildirmişdi ki, bir il öncə ana ikiyaşlı övladını dayənin yanına qoyaraq gedib və onunla 28 gün ərzində əlaqə saxlamayıb. Onun sözlərinə görə, dayə uşağın anasından xəbər çıxmadığını görəndə vəziyyətlə bağlı Azərbaycan Uşaqlar Birliyinin qaynar xəttinə müraciət edib. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə uşaq sığınacağa yerləşdirilib.
 
Onun sözlərinə görə, daha sonra sığınacağa yerləşdirilən uşağın qohumları onun valideyninə qaytarılması üçün Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə hədə-qorxu gəlib, intiharla təhdid ediblər.
 
Məsələ mediada işıqlandırıldıqdan sonra uşaq sığınacaqdan çıxarılaraq müəssisəsyə yerləşdirilmişdi
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər