Uşaqlara neçə yaşından kitab oxumaq olar?
Cəmiyyət
299
14:23, Bu gün

Uşaqlara neçə yaşından kitab oxumaq olar?

Uşaqlara kitab oxumaq üçün konkret bir yaş yoxdur. İstədiyiniz yaşda onlara kitab oxuya bilərsiniz. Hətta doğulmamış uşaqlar da onlar üçün oxunan kitablardan istifadə edirlər.
 
Uşaq dünyaya gəldikdən sonra da yenə vaxt itirmədən kitab oxuya bilərsiniz. Təbii ki, ilk aylarda uşaq sizi dinləmir. Çünki dinləmə qabiliyyəti uşaqlarda danışmağı öyrəndikdən sonra başlayır. Ancaq ilk aylarda kitab oxumaq uşaqda səsə olan həssaslığı artırır. Bu vaxtlar uşaq sizin nə dediyinizi başa düşməsə də, ilk yaşlardan onda dinləmək qabiliyyəti formalaşır.
 
1,5-2 yaşlarında isə şəkilli kitablardan istifadə edə, sadə hekayələr “uyduraraq” uşağınızda oxuma vərdişini aşılaya bilərsiniz. Bu, gələcəkdə uşağınızın daha düzgün cümlələr qurmasına və sakit tonda danışmasına kömək edər.
 
Uşağınızın yaşı artdıqca ona daha mürəkkəb hekayələr oxuya bilərsiniz. Bundan başqa, kitab oxumaq valideynlə uşaq arasındakı ünsiyyəti artırdığı üçün vacibdir.
 
Elə isə vaxt itirməyin. Bu gündən uşağınıza kitab oxumağa
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər