Sabiq məmur vəfat etdi
Cəmiyyət
1597
15 Mar 2025 | 23:52

Sabiq məmur vəfat etdi

Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü Surəddin Hümbətov vəfat edib.
 
O, bu gün 68 yaşında dünyasını dəyişib.
 
S.Hümbətov uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
 
Qeyd edək ki, mərhum Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Uzun illər Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdiri vəzifəsində çalışıb.
 
2017-ci ildə Azərbaycan diasporu quruculuğu sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Instagram
Dəqiq xəbəri bizdən alın! Gündəmdən xəbəriniz olsun!
Keçid et
Link kopyalandı!
Son xəbərlər