Cəmiyyət
682
17:14, Bu gün

"Həmin adamların böyük əksəriyyəti öz ticarətində haram yolla pul qazananlardır"

Hər il bayram öncəsi ərzaq məhsullarının qiymətinin artırılması xoşagəlməz bir ənənəyə çevrilib. Maraqlıdır ki, dünyada bayram ərəfəsi endirimlər, kampaniyalar olur, bizdə isə tam əksinə. Artıq məsələ o həddə çatıb ki, tanınmışlar da süni qiymət artımı, bahalıqla bağlı etiraz edirlər.
 
Moderator.az xəbər verir ki, bu sözləri Fikrət Yusifov Globalinfo.az-a açıqlamasında deyib.
 
Onun sözlərinə görə, bu “ənənəni” yaradanlar vicdanını və müqəddəs ola biləcək hər bir dəyərini daha çox qazanmaq uğrunda ayaqlar altına ata bilən bir para ticarət dələduzlarıdır:
 
 
“Bəli, mən onları sadəcə dələduz adlandırıram. Bayram gəlir, insanlar bayram süfrəsi üçün istər-istəməz tədarük görməlidilər. Bu hal bazarda mal qıtlığı yarada bilməz! Yalnız vicdansız ticarətçilər qiymətlərin artımını tələbatın artması ilə izah edə bilərlər. Həmin adamların böyük əksəriyyəti öz ticarətində haram yolla pul qazananlardır. Halal yolla pul qazanmaq istəyən bir kəs heç vaxt insanların bayram əhvalına haram qatmaqla pul qazanmaz!”
 
Sabiq nazirin fikrincə, bu camiyənin öhdəsindən qanuni tələblər müəyyənləşdirməklə gəlmək mümkündür:
 
“Hesab edirəm ki, hökumət bu məsələnin də üzərində düşünməlidir. Monopoliya ram edilməyincə belə olacaq. Onu ram etmək isə qanunun aliliyini ortaya qoymaqdan keçir…”
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər