“Kişilər razılığa gəlirlər ki, ayrı yaşasınlar, amma..”
Cəmiyyət
401
16:32, Bu gün

“Kişilər razılığa gəlirlər ki, ayrı yaşasınlar, amma..”

“Kişilər boşanmaq istəmir. Bu isə onların ailəni qorumaqdan ötrü atdıqları bir addım deyil. Əsl səbəb ictimai qınaqdan qorxmaqlarıdır”.
 
Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas Zibeydə Sadıqova bildirib. O, sözügedən problemlə bağlı bir sıra nüasnlara toxunub:
 
“Boşanmaların təşəbbüskarı qadınlardır demək doğru deyil. Lakin boşanma üçün müraciət edənlərin, əlbəttə ki, böyük əksəriyyəti, hətta 70%-dən çoxu qadınlardır. Ümumiyyətlə, məhkəmələrə baxsanız, müraciət edənləri siyahıya alsanız, görərsiniz ki, kişilər boşanmaq istəmir. Hətta bəzən razılığa gəlirlər ki, ayrı yaşasınlar, amma boşanmasınlar.
 
Kişilərə bu ailəni qorumaq üçün yox, sadəcə cəmiyyətdə qınaq obyekti olmamaq üçün lazımdır”.
 
Hüquqşünas onu da qeyd edib ki, boşanmaların böyük əksəriyyəti məişət zorakılığı ilə bağlıdır:
 
“Əlbəttə ki, digər səbəblər də rol oynayır. Amma məişət zorakılığının artması halları nikahların pozulması statistikasının artmasına səbəb olur.
 
“Aliment üçün boşanıblar” fikri kökündən yanlışdır. Çünki məhkəmə aliment müəyyən edir, amma onun icrasında böyük əngəllər olur. İllərlə aliment ala bilməyən qadınlar var.
 
Alimentin miqdarı da böyük deyil və həmin pulla uşağa yalnız qida almaq mümkündür. Uşağın digər xərcləri yenə də ananın üzərində qalır.
 
Cəmiyyətə qadınları günahkar, ailə dağıdan, aliment istəyən kimi təqdim etmək təhlükəlidir. Bu formada təqdimat qadınların üzləşdiyi problemləri ciddiyə almamağa gətirib çıxarır”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər