Populyar neyron şəbəkələri istifadəçilərə fəal şəkildə “casusluq edir”, lakin bütün AI chatbotları bunu eyni dərəcədə etmir. “Surfshark”ın araşdırmasına görə, ABŞ-ın süni intellekt modelləri, mövcud məxfilik problemlərinə baxmayaraq, Çinli həmkarlarından daha çox məlumat toplaya bilir.
Tədqiqat 10 aparıcı chatbotları əhatə edib: “ChatGPT”, “Gemini”, “Copilot”, “Perplexity”, “DeepSeek”, “Grok”, “Jasper”, “Po”, “Claude” və “Pi”. Analitiklər hər bir tətbiqin hansı məlumat növlərini topladığını, işlənib-işlənmədiyini və reklam məqsədləri üçün istifadə edilib-edilmədiyini araşdırıblar.
Məlumatların toplanması üzrə lider 35 mümkün kateqoriyadan 22 istifadəçi məlumatını toplayan “Google Gemini” olub. Bunlara geolokasiya, şəxsi məzmun, cihazın əlaqə siyahısı və baxış tarixçəsi daxildir.
Xankəndidə bayram coşqusu - VİDEO
Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı
"Soyunun, ya da çıxıb gedin": Almaniyanın çılpaq çimərliklərində geyinmək qadağan edildi
Reytinqdə “Poe” ikinci, “Claude” isə üçüncü yeri tutub. Siyahının ortasında narahatlıqlara baxmayaraq, əlaqə məlumatları və istifadəçi məzmunu da daxil olmaqla, yalnız 11 növ məlumat toplayan Çinin “DeepSeek” neyron şəbəkəsi olub.
Dünyanın ən məşhur chatbotu “ChatGPT” identifikatorlar, istifadəçi məzmunu, diaqnostik məlumatlar və istifadə tarixçəsi daxil olmaqla 10 kateqoriya məlumat toplayır.
Toplanmış məlumatların həcminə görə chatbotların reytinqi:
• “Gemini”
• “Poe”
• “Claude”
• “Copilot”
• “DeepSeek”
• “ChatGPT”
• “Perplexity”
• “Grok”
• “Pi”
• “Jasper”
Bu arada şirkətlər yeni, daha güclü dil modelləri hazırlamağa davam edir. OpenAI-nin baş direktoru Sem Altman təsdiqləyib ki, GPT-5 tezliklə təqdim olunacaq və bu, süni ümumi intellektin (AGI) yaradılması istiqamətində bir addım ola bilər. Bu insan səviyyəsində istənilən intellektual problemi həll etməyə qadir bir sistemdir.
Öz növbəsində, İlon Mask bu yaxınlarda “Grok 3”ü təqdim edib, onun sözlərinə görə, bu, "Yer üzündəki ən ağıllı süni intellektdir". İlkin məlumatlara görə, bu model riyaziyyat, elm və proqramlaşdırma üzrə əsas testlərdə “ChatGPT”, “DeepSeek” və digər həlləri artıq üstələyir.