Azad Vətən Partiyasının Siyasi Şurasının növbəti iclası keçirilib
Cəmiyyət
582
15:08, Bu gün

Azad Vətən Partiyasının Siyasi Şurasının növbəti iclası keçirilib

Azad Vətən Partiyası (AzVP) Siyasi Şurasının növbəti iclası keçirilib. İclas Şəhidlərin xatirəsinin yad olunması, dövlət himninin canlı oxunması ilə başlayıb. Siyasi Şuranın sədri Novruz Novruzov müzakirə olunacaq gündəlik məsələləri təqdim edib, giriş sözü ilə çıxış edib. 
 
İlk olaraq partiya sədri Akif Nağının təqdimatı ilə təşkilati məsələlərə baxılıb, sədrin yeni təyinatları təsdiq edilib. Elnur Quliyev təşkilati, Afiq Axundov beynəlxalq əlaqələr, Fəzli Qasımov humanitar, Tağı Süleymanoğlu təbliğat, Şaiq Süleymanov ümumi məsələlər üzrə sədr müavinləri, Əkbər Rüstəmov Ağsaqqallar Şurası, Rəsmiyyə Qarayeva Qadınlar Şurası, Nihad Hacıyev Gənclər Komitəsinin sədrləri, Hacı Fərman Məmmədov milli-mənəvi dəyərlər, Tacəddin Əyyubov hüquqi məsələlər üzrə partiya sədrinin müşavirləri vəzifələrinə təsdiq edilib. Sonra partiyanın İcra aparatının yeni tərkibi formalaşdırılıb. Haşim İsgəndərli İcra aparatının rəhbəri, sədr müavinləri, Ağsaqqallar Şurası, Qadınlar Şurası, Gənclər Komitəsinin sədrləri, partiya sədrinin müşavirləri, həmçinin sərbəst üzvlər Ceyhun Tağıyev, Afaq Əhmədova, Elnarə Kərimova, Hacı Mehdi Məmmədov, Seymur İsmayılov daxil olmaqla 16 nəfərdən ibarət İcra aparatının yeni tərkibi təsdiq edilib. 
 
Daha sonra rayon təşkilat sədrlərindən Sovet Əsədov (Şuşa), Nizami Məmmədov (Quba), Ramiz Əkbərovun (Sabirabad) Siyasi Şura üzvləri olaraq səlahiyyətləri təsdiq edilib, Gülgəz Heydərbəyli, Elnarə Kərimova, Rafiq Xəlilov, Hüseyn Talıbov Siyasi Şuraya sərbəst üzv seçiliblər. 
 
Partiya sədri A. Nağı qərarların icrası və görülmüş işlərlə bağlı son üç ayı əhatə edən hesabat dövrünə aid partiya üzvlərinin yeni reyestr siyahısının Ədliyyə nazirliyinə təqdim olunması, Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatının verilməsi, bələdiyyə seçkilərinin nəticələri, 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər Xiyabanının, Xocalı soyqırımının ildönümündə Xocalı abidəsinin ziyarət olunması, Prezident Administrasiyasının təşkilatçılığı ilə partiyaların geniş dəyirmi masasında, Əsgəran, Xocalı, Xankəndinə kollektiv səfərdə iştirak, cari təşkilatlanma və təbliğat işləri, kütləvi informasiya vasitələrində çıxışlar və digər məsələlər haqqında məlumat verib. A. Nağı hazırkı vəziyyət və partiyanın vəzifələrinə dair geniş məruzə edib. Məruzə ətrafında Barat İmani, Novruz Novruzov, Elxan Rəhimov, Şaiq Süleymanov, Hacı Hacağa Nuri, Afaq Əhmədova, Fəzli Qasımov, Rəsmiyyə Qarayeva, Haşim İsgəndərli, Ramiz Əkbərov, Tacəddin Əyyubov və digərləri çıxış edib. Partiyadan bələdiyyələrə seçilmiş üzvlər çıxış edərək fəaliyyətə başlamaları, gələcək planları ilə bağlı danışıblar. 
 
Sonda məruzə və çıxışlara uyğun olaraq qərarlar qəbul edilib. 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər