Gələn həftə zəhərlənmələr arta bilər - XƏBƏRDARLIQ
Cəmiyyət
455
15:09, Bu gün

Gələn həftə zəhərlənmələr arta bilər - XƏBƏRDARLIQ

Qarşıdan xalqımızın milli bayramı, adət-ənənələrimizlə dolu qədim bayramlarımızdan olan “Novruz bayramı” gəlir. İstər novruzda, istərsə də digər bayramlarda istehlakçılar mütləq şəkildə süfrələrindəki təamlara, hazır qida məhsullarına, milli kulunariyyamızın ünsürü olan yeməklərə diqqət yetirməlidirlər.
 
Qida mütəxəssisi Seymur Qafarov Bizim.Media-ya bayram günlərində baş verə biləcək zəhərlənmə halları ilə bağlı açıqlama verib.
 
O, deyib ki, qida zəhərlənməsinin baş verməsinin qarşısını almaq üçün məhsulların hazırlanmasına diqqət yetirilməlidir:
 
“Öncəliklə bayram süfrəsinə gətirilən meyvə-tərəvəz məhsulları barədə danışmaq istəyirəm. Məhsulları mütləq şəkildə yuyub ev şəraitində dezinfeksiya etmək, sirkəli suda, limon duzu və çay sodasında saxlamaq tövsiyə olunur.
 
Daha sonra bişmiş qidalar iki saat ərzində 5-60 dərəcə selsi tempratur aralığına düşmədən qəbul edilməlidir. Qidaların soyuq şəkildə qəbul edilməsi yolverilməzdir və zəhərlənmə riskini artırır.
 
Digər bir məsələ isə qidaların çoxluğudur. Bəzən bayram süfrələrində qidaların sayı insan sayından iki dəfə çox olur və buda qidanın sabaha saxlanılmasına səbəb olur və bu halda da eyniylə zəhərlənmə halı baş verir”- deyə mütəxəssis bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər