Azərbaycanda təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır
Cəmiyyət
537
11:59, Bu gün

Azərbaycanda təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır

Azərbaycanda təhsil sistemində süni intellekt texnologiyasının tətbiqinin genişləndirilməsi planlaşdırılır.
 
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
 
"Biz tələbələr üçün fərdi tədris proqramları yaratmaq məqsədilə təhsil sistemində süni intellektin tətbiqi imkanlarını nəzərdən keçiririk. Süni intellekt real vaxt rejimində tələbələrin materialı nə dərəcədə başa düşdüklərini təhlil etməyə imkan verəcək. Bu isə bizə daha effektiv təhsil proqramları hazırlamağa kömək edəcək", - F.Cəfərov qeyd edib.
 
Onun sözlərinə görə, Azərbaycan hökuməti qabaqcıl texnologiyalardan cəmiyyətin xeyrinə istifadə etməyə çalışır.
 
"Müasir texnologiyaları bıçaqla müqayisə etmək olar: o, həkimin əlində həyat xilas edə, cinayətkarın əlində isə silaha çevrilə bilər. Biz cəmiyyətimizdə və hökumətimizdə texnologiyalardan vətəndaşların həyatını yaxşılaşdırmaq, sahibkarları dəstəkləmək və dövlət qurumlarının işini sürətləndirmək üçün istifadə edirik", - o vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər