Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nasir Əbdülkərim Əbdürrəhmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Moderator.az xəbər verir ki, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilsin".