Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq ÖLDÜRDÜ
Cəmiyyət
242
00:05, Bu gün

Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq ÖLDÜRDÜ

Sumqayıtda naməlum piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.
 
Sürücü Babək Əliyev idarə etdiyi sərnişin avtobusu ilə yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir - red.) vurub.
 
Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər