Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır
Cəmiyyət
346
17:40, Bu gün

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır.
 
“APA-Economics”in əldə etdiyi məlumata görə, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb.
 
Hesablama Palatasından da “APA-Economics”in sorğusuna cavab olaraq məlumat təsdiqlənib.
 
Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər