Gələn həftə Azərbaycanda 30 dərəcə isti olacaq
Cəmiyyət
1278
14 Mar 2025 | 17:22

Gələn həftə Azərbaycanda 30 dərəcə isti olacaq

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək.
 
Moderator.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
 
Onun sözlərinə görə, səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək.
 
Direktor qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər