Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələnib
Hadisə
300
12 Mar 2025 | 21:48

Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələnib

Bu gün saat 19:00 radələrində Kürdəmir rayonu Qarabucaq kəndi yaxınlığında qəflətən bir nəfər kişi Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qatarının qarşısına çıxıb.
 
Bu barədə Moderator.az ADY-dən bildirilib.
 
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub, həmin şəxs aldığı xəsarətdən dünyasını dəyişib.
 
ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
 
Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.
 
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, dünyasını dəyişən şəxs 1980-ci il təvəllüdlü Bağırov Famil Zeynal oğludur. 
Link kopyalandı!
Son xəbərlər