Azərbaycanda icra başçısına yeni müavin təyin edildi
Cəmiyyət
369
12 Mar 2025 | 21:16

Azərbaycanda icra başçısına yeni müavin təyin edildi

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.
 
Bununla bağlı İcra Hakimiyyətinin başçısı Cabbar Musayev əmr imzalayıb.
 
Əmrə əsasən, İmran Qərib oğlu Məmmədov Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.
 
İmran Məmmədov 12 mart 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının kollektivinə təqdim olunub və yeni vəzifəsinin icrasına başlayıb.
 
Qeyd edək ki, İmran Məmmədov yeni vəzifəyə təyin olunmazdan öncə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılmış İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində departament müdiri vəzifəsində çalışıb.
 
Link kopyalandı!
Son xəbərlər