Bakıda yeniyetmə eyvandan YIXILIB ÖLDÜ
Cəmiyyət
498
12 Mar 2025 | 19:48

Bakıda yeniyetmə eyvandan YIXILIB ÖLDÜ

Bakıda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə martın 11-i saat 20 radələrində Xətai rayonu, Babək prospekti, ev 70, mənzil 94-də qeydə alınıb.
 
Belə ki, 2012-ci il təvəllüdlü Hüseyn Emil oğlu Ələkbərli yaşadığı 14 mərtəbəli binanın 7-ci mərtəbəsindəki evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.
 
O, hadisə yerində vəfat edib.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər