Bizi sosial şəbəkələrdən izləyin:
“Minaların təmizlənməsi” layihəsinin benefisiarı Səmayə Əhmədli insanları işğaldan azad olunan ərazilərə səfər edərkən diqqətli olmağa çağırıb.
O, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə martın 12-də Bakıda "Güclü Qadın, Güclü Cəmiyyət” mövzusunda keçirilən tədbirdə danışıb.
Onun sözlərinə görə, insanlar həyatlarını riskə atmamalı, nəfslərinin qurbanı olmamalıdırlar:
"Çünki bir anlıq hisslərinə qapılıb həmin ərazilərə heç bir qaydaya riayət etmədən getmək istəyirlər. Ancaq bilməlidirlər ki, bu addımları çox ciddi problemlərə səbəb ola bilər. Minalar səssizdir, üzərinə basana kimi. Bu mənada tam olaraq qadınlara bənzəyirlər”.