Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün səhər saatlarında bir qrup təbrizli tibb işçisi şəhərin Səhiyyə Mərkəzində yenidən etiraz aksiyası keçirib.
Bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, onlar əmək haqlarının az olmasına və əvvəlki ayların əmək haqlarının ödənilməməsinə etiraz ediblər.
Bununla yanaşı, qanunla nəzərdə tutlmuş başqa hüquqlarının pozulmasına, o cümlədən əlavə iş saatlarına görə ödənişlərin verilməməsinə etiraz ediblər.
Həmçinin bu gün günorta saatlarında Təbrizin Təcili Tibbi Yardım Mərkəzinin işçiləri də Şərqi Azərbaycan əyalətinin valiliyi binası qarşısına toplaşaraq oxşar tələblərlə etiraz aksiyası keçiriblər.
Qeyd edək ki, bu, son 4 gün ərzində tibb işçilərinin eyni tələblərlə 3-cü aksiyasıdır.