Bu gün Əfv Komissiyasının növbəti iclası keçirilib
Cəmiyyət
628
12 Mar 2025 | 17:26

Bu gün Əfv Komissiyasının növbəti iclası keçirilib

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu il üçün dördüncü iclası keçirilib.
 
Oxu.Az-a açıqlama verən komissiyanın üzvü Rəşad Məcid bildirib ki, iclasda təxminən 100-ə yaxın müraciətə baxılıb:
 
"İclasda yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxıldı. Təxminən 100-ə yaxın müraciətə baxıldı. Hər bir müraciət əsasında səsvermə nəticəsində qərarlar qəbul olundu. Komissiya öz işini davam etdirəcək. Komissiyanın işləri yekunlaşandan sonra sənədlər ölkə başçısına təqdim olunacaq".
 
Əzizə İsmayılova
 
***
 
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, bu il komissiyanın üç iclası baş tutub və 300-dən çox müraciətə baxılıb.
 
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.
Link kopyalandı!
Son xəbərlər