Ölkə ərazisində dumanlı hava şəraiti nə vaxta qədər davam edəcək?-AÇIQLAMA
Cəmiyyət
811
13:56, Bu gün

Ölkə ərazisində dumanlı hava şəraiti nə vaxta qədər davam edəcək?-AÇIQLAMA

“Duman atmosferdə su buxarı hissələrinin, kondensasiya məhsullarının toplanmasıdır. Su buxarının yer səthinə yaxın hava qatında atmosfer hadisəsidir duman. Əgər duman varsa, atmosferdə isti və soyuq hava kütlələrinin bir-biri ilə qarşılaşması da vardır demək. Elə bunun nəticəsində də paytaxt dumana bürünür. Duman təbiət hadisələrindən biridir. Əgər belə olmasaydı, fevralın 1-də, 2-də yağan qardan sonra, birdən-birə isti olsaydı təbiətdə vəziyyət başqa cür olardı, anormal vəziyyət yaranardı”
 
Bunu Moderator.az-a açıqlamasında ekoloq Gülçöhrə Hüseynova deyib.
 
O daha sonra əlavə edib:
 
“Bu təbiətin özünün qanunauyğunluğudur ki, atmosferin traposfer qatının arasında isti ilə soyuğun qarışması prossesi gedir. Bu da nə zaman baş verir? Təbii ki, gündüz günəş enerjisi şüaları bu dumanın yaranmasının qarşısını alır, parçalayır. Amma qaranlıqda, hava soyuyanda, isti-soyuq hava kütlələrinin bir-birinə qarışması baş verir. Bu təbiət hadisəsidir. Ətraf aləmə heç bir zərəri yoxdur. Düzdür, insanlar narazıdır. Uzaq məsafələrə maşın sürmək çətinləşir. Bu da keçib gedəcək. Çünki biz gözləmədiyimiz soyuq hava şəraitindən isti hava şəraitinə keçirik. Dumanın nə vaxta kimi davam edəcəyini təxmini müəyyən etmək olmur. Çünki soyuq hava kütlələri hələ çəkilməyib. Temperatur tənzimlənənə qədər elə olacaq. Ya temperatur aşağı düşməlidir ki, bu tənzimlənsin. Yox əgər gündüzlər belə isti olacaqsa duman davam edəcək” deyə ekoloq bildirib.
Link kopyalandı!
Son xəbərlər