FHN-nin Tibb Xidmətinin rəisi istefa verdi
Cəmiyyət
385
13:14, Bu gün

FHN-nin Tibb Xidmətinin rəisi istefa verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən istefa verib.
 
Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Tibb Xidmətinin rəisi polkovnik-leytenant Vəfa Dadaşova öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.
 
Bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
 
FHN-nin Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini general-mayor Rəfail Mehdiyev rəis əvəzi təyin olunub.
 
Qeyd edək ki, Vəfa Dadaşova ötən ilin may ayında sözügedən vəzifəyə təyin edilib. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyev isə ötən ilin oktyabr ayında tibb işləri üzrə rəis müavini təyin olunub.
Link kopyalandı!
Son xəbərlər