Övladları I sinfə gedəcək valideynlərə XƏBƏRDARLIQ
Cəmiyyət
775
10:56, Bu gün

Övladları I sinfə gedəcək valideynlərə XƏBƏRDARLIQ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərə xəbərdarlıq edib.
 
xəbərdarlıqda bildirilib ki, birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərin mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti 14 mart saat 18:00 tarixində yekunlaşır.
 
Vətəndaşlar bu müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub 14 mart saat 18:00 tarixinədək Bakı şəhəri üzrə 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.
Link kopyalandı!
Son xəbərlər