Bu müəllimlər sertifikasiyadan azaddırlar - RƏSMİ
Cəmiyyət
758
10:35, Bu gün

Bu müəllimlər sertifikasiyadan azaddırlar - RƏSMİ

“Təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak etmək üçün müəllimlər minimum 3 il pedaqoji təcrübəyə malik olmalıdırlar. Çalışmanın yaş həddinə çatmamış müəllimlər bu prosesdə iştirak edə bilərlər”.
 
Bu barədə Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev bildirib.
 
O qeyd edib ki, sertfikatlaşdırma prosesində hamilə xanımlar, sosial məzuniyyətdə olan və məzuniyyətdən qayıtdıqdan sorna 1 il pedaqoji təcrübəni tamamlamamış müəllimlər, hazırda müddətli əsaslarla işləyən və çalışmanın yaş həddinə çatmış müəllimlər bu prosesdən azaddırlar:
 
“Eyni zamanda 60 yaşın üzərində olan müəllimlər üçün bu proses könüllü şəkildə həyata keçirilir. Yəni prosesdə iştirak edib-etməmək qərarını özləri verirlər. Əlavə olaraq 3 dəfə prosesdən keçmiş müəllimlərimiz də sertifikatlaşdırmadan azad olacaqlar”.
Link kopyalandı!
Son xəbərlər