Nazir general Raul Zeynalovun yerinə onu TƏYİN ETDİ
Cəmiyyət
1301
11 Mar 2025 | 14:02

Nazir general Raul Zeynalovun yerinə onu TƏYİN ETDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərargah rəisi vəzifəsinə yeni təyinat olub.
 
Nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinin alay komandiri polkovnik Xaliq Hüseynov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərargah rəisi vəzifəsinə təyin olunub.
 
Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidmətini rəisinin birinci müavini, qərargah rəisi FHN-nin ən gənc generallarından olan general-mayor Raul Zeynalov bir müddət bundan əvvəl vəzifəsindən azad edilib.
Link kopyalandı!
Son xəbərlər