Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının açılması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reysləri müvafiq olaraq saat 12:25 və 12:35-də yola düşüb.
Bu barədə informasiyanı AZAL-ın Mətbuat xidməti yayıb.
Xatırladaq ki, Rusiyanın Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr olmuşdu.