Şəki sakinlərinin NƏZƏRİNƏ: Bu gün saat 09:30-dan etibarən...
Cəmiyyət
1201
09:17, Bu gün

Şəki sakinlərinin NƏZƏRİNƏ: Bu gün saat 09:30-dan etibarən...

Şəkidə qaz təchizatında fasilə yaranacaq. Buna səbəb yeraltı xətdə qaz sızmasının aşkarlanmasıdır.  
 
 “Azəriqaz” İB-nin Şəki-Zaqatala Regional İdarəsinə istinadən bildirir ki, Şəki şəhərini qazla təmin edən d-530 mm-lik yeraltı qaz xəttində aşkarlanmış qaz sızmasının aradan qaldırılması ilə əlaqədar olaraq martın 11-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq. 
 
Təmir işləri başa çatana qədər Şəki şəhəri, 30 kənd və 1 qəsəbədə ümumilikdə 31 906 abonentin qaz təminatı müvəqqəti olaraq kəsiləcək. 
 
Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa olunacaq.  
Link kopyalandı!
Son xəbərlər