Bizi sosial şəbəkələrdən izləyin:
Novruz bayramına az qaldığı üçün insanlar artıq bayram alış-verişinə başlayıblar. Buna görə də xüsusilə, çərəzlərə, quru meyvələrə və s tələbat daha da artıb.
Xatırladaq ki, əvvəlki illər Novruz bayramı öncəsi şəhərin müxtəlif yerlərində yarmarkalar təşkil olunurdu, insanlar da çalışırdılar ki alış-verişlərini bu yarmarkalardan etsinlər.
Düzdür, 8-19 mart tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunacaq. Ancaq bu müəyyən bir ərazini əhatə edəcəyi üçün insanlara maraqlıdır ki, şəhərin müxtəlif yerlərində bayram yarmarkaları təşkil olunsun.
Məsələylə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentindən Bizim.Media-ya verilən məlumata əsasən bu il də Novruz bayramıyla bağlı yarmarkanın təşkil olunması nəzərdə tutulmayıb.
Qeyd edək ki, bu il Yeni il bayramıyla əlaqədar da yarmarkalar qurulmamışdı.