Polis səhvən professorun evini basdı: özünü vəhşicə döydülər, arvadına silah çəkdilər – İNANILMAZ
Cəmiyyət
1389
09:03, Bu gün

Polis səhvən professorun evini basdı: özünü vəhşicə döydülər, arvadına silah çəkdilər – İNANILMAZ

“Avropa Azərbaycanlıları” Facebook səhifəsində yayılan məlumata görə, Almaniyanın xüsusi təyinatlı polis dəstələri gecə reydi zamanı ünvanı səhv salaraq Bielefeld Universitetində çalışan beyin mütəxəssisi Dr. Amir Najafabadi və həyat yoldaşı Dr. Hadis Imani-nin evinə hücum edib.
 
Basqın zamanı polislər yataq otağının buzlu şüşədən olan qapısını qıraraq ev sahiblərini yuxudan oyadıb və heç bir xəbərdarlıq etmədən onları döyüblər. İran əsilli alimə dəfələrlə yumruq vurulub, həyat yoldaşı isə silahla hədələnib. Dr. Najafabadi polislərin maskalı və silahlı olduğunu görüb özlərini öldürəcəklərini düşünüb.
 
Hər iki alim qandallanaraq yerə yıxılıb, lakin polislər bir müddət keçdikdən sonra səhv etdiklərini anlayıblar. Səhvlərini başa düşən əməkdaşlardan biri doktorun ağzını açaraq dişinin qırılıb-qırılmadığını yoxlayıb, üzünü salfetlə silib və sadəcə “bağışlayın” deyərək çıxıb gedib.
 
Bu faciəvi hadisədən sonra həkim normal yemək yeyə bilmədiyini, həyat yoldaşı ilə birlikdə yalnız işıq yanan halda yata bildiklərini bildirib. Almaniyada yüksək məbləğdə təzminat sistemi olmadığından zərərçəkənlərə ciddi bir kompensasiya da verilməyəcəyi ehtimal olunur.
 
Daha dəhşətlisi isə hadisədən sonra “BILD” qəzetinin xəbərində yazılan şərhlər olub. Məlumata görə, bir çox istifadəçi səhvən hücuma məruz qalan alimin alman olmadığını əsas gətirərək hadisəyə lağ edib, hətta polislərin “düzgün adamı döydüyünü” yazanlar da olub.
 
Qeyd edək ki, Almaniyanın xüsusi təyinatlı polis dəstələri son beş il ərzində yalnız Şimali Reyn-Vestfaliya əyalətində 17 dəfə səhvən başqa evlərə basqın ediblər. Görünür, bu elit polis qruplarına ünvan oxumağı öyrətmək artıq vacib bir məsələyə çevrilib.
 
Link kopyalandı!
Son xəbərlər