Xalq artisti Ənvər Həsənov komatoz vəziyyətdədir
Cəmiyyət
292
18:50, Bu gün

Xalq artisti Ənvər Həsənov komatoz vəziyyətdədir

"Atamın vəziyyəti ağırdır, komatoz vəziyyətdədir".
 
Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı deyib.
 
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbi ilə "Xəzər" Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.
 
Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbi ilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb.
 
Fevralın 3-də isə "Xəzər" Tibb Mərkəzinin Reabilitasiya şöbəsindən evə buraxılıb. Fevralın 26-da aktyorun vəziyyəti yenidən kritikləşib.
Link kopyalandı!
Son xəbərlər