Bizi sosial şəbəkələrdən izləyin:
“Atam 3-4 gündür ki, yemək yemir. Suyu qaşıqla içirdi, neçə gündür suyu da uda bilmir. Çəkisi də azalıb, arıqlayıb, o boyda insanın qabırğaları görünür. Gözlərini də açmır, ancaq nəfəsi ilə hiss edirsən ki, yaşayır”
Bunu Moderator.Az-a xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.
O atasının səhhətindən günü-gündən ağırlaşdığını bildirib:
“Həkimlər də deyir ki, rahat buraxın. Göz görə-görə atamı itirirəm. Əlimdən gələni etdim, amma onu qurtara bilmədim. 3 ildir ki, səhhəti ilə mübarizə aparıram, onu hər çətinlikdən çıxartdım, amma ölümdən xilas edə bilmədim. Ümidim Allahadır, həkimlər də artıq müalicədən imtina edir. Deyirlər ki, hazırlaşın, 3-4 gün ömrü qalıb. Bibim də ağır xəstədir, o da gəlib-gedir yanına. Qardaşının bu vəziyyətdə olması onu da çox üzür” deyə sənətkarın qızı bildirib.
O atasının vəsiyyətindən də danışıb:
“Atamın vəsiyyətindən yəqin ki, hər kəs xəbərdardır. O hər zaman deyirdi ki, mənim yerim Mömünatın yanındadır. Allah gecindən versin, amma mən reallıqdan danışıram. Hamı zəng edir maraqlanır, amma mən meydanda oğlumla tək qalmışam. Daha gücüm yoxdur (kövrəlir)” deyə sənətkarın qızı bildirib.