“Azercell” yenə müştərini aldatdı-  Bunun adı soyğunçuluqdur!
Cəmiyyət
427
15:48, Bu gün

“Azercell” yenə müştərini aldatdı-  Bunun adı soyğunçuluqdur!

Son aylar  Azercell mobil operatoru ilə bağlı şikayətlər səngimir. 
 
Moderator.az xəbər verir ki, bu gün də jurnalist Nigar Həsənli bu barədə paylaşım edib. Jurnalist istifadə etdiyi mobil tətbiqin onun balansından istifadə etmədiyi halda pul çıxdığını vurğulayıb:
 
"Azercelldən şikayətim var!
Qəfil bildiriş gəldi ki, balansımdan 2 AZN çıxılıb, Bizimləsən tarifi yenilənib. Mən belə bir tarifə qoşulmamışam. Aylıq internet paketdən istifadə edirəm, o da ötən gün avtomatik yenilənib. Qaynar xəttdən verilən cavab:
-Bunu ləğv etmək olmur. Sadəcə, başqa tariflə əvəz edə bilərsiniz. 
Deməli, abonentin nömrəsini icazəsiz hansısa tarifə qoşurlar, balansdan pul çıxırlar və ləğv etmək də mümkün deyil. Bunun adı soyğunçuluqdur!
Məsələ, 2 manatda deyil, bu qədər ucuz yollarla soyğunçuluq etməkdir. Görünən odur ki, savadsız, məlumatsız insanları bu yolla aldadırlar". 
 
 
Link kopyalandı!
Son xəbərlər