Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Biznes Universitetində (BBU) 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdən yayılan görüntü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Moderator.az xəbər verir ki, universitetin rektoru İbad Abbasovun da iştirak etdiyi tədbirdə oğlan tələbələr qadın müğənnilərdən birini parodiya edib.
Universitetdən "Unikal"a verilən açıqlamada bildirilib ki, görüntlər çəkilib paylaşılması üçün nəzərdə tutulmayıb:
"Respublikamızın səhnəsində istənilən şəxsi parodiya edirlər, heç onlar birmənalı qarşılanmır. İndi xanımlar üçün tədbir olub, tələbələr sadəcə parodiya ediblər. Burada pis nə var ki, təhsil ocağında əylənmək olmaz?
Sosial şəbəkələrdə normal bir şeyi də, pis bir şeyi də tənqid edə bilərlər. Hər insanın fikri fərqlidir, birinin yaxşı dediyi şeyə, digəri pis deyə bilər. Müəyyən kütlə buna pis paxır deyə, pisdir deyə bilmərik".