Göygöldə baş verən qəzada xəsarət alanların SON DURUMU AÇIQLANDI
1431
07 Mar 2025 | 15:11

Göygöldə baş verən qəzada xəsarət alanların SON DURUMU AÇIQLANDI

Göygöldə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
 
Moderator.az xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 12:50-da baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər (hər biri kişi cinsli olmaqla) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
 
"Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən şəxslərdən birinin vəziyyəti orta ağır, digərlərinin isə vəziyyəti stabildir".
 
14:00
 
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az  APA-ya istinadla bildirir ki, "Mitsubishi" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər