Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdülər: ÖLƏN VAR
Cəmiyyət
731
20:17, Bu gün

Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdülər: ÖLƏN VAR

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüblər.
 
Moderator.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, hadisə Ağdam-Füzuli yolunda baş verib.
 
Belə ki, Svetlana Məmmədova və Rafet Fərzəliyev xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar.
 
Svetlana Məmmədova hadisə yerində dünyasını dəyişib, Rafet Fərzəliyev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Link kopyalandı!
Son xəbərlər