Cəmiyyət
232
18:39, Bu gün

"28 May" metrostansiyasında qatarda nasazlıq yaranıb

"28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.
 
Bu barədə Moderator.az -a Bakı Metropoliteninin Mətbuat Xidmətindən bildirilib. 
 
Qeyd olunub ki, həmin qatarın əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.
Link kopyalandı!
Son xəbərlər