Deputat: “Türkiyə və Azərbaycan birliyi regionda sabitləşdirici faktordur”
Cəmiyyət
244
16:08, Bu gün

Deputat: “Türkiyə və Azərbaycan birliyi regionda sabitləşdirici faktordur”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri martın 6-da başa çatıb.
Bu tarixi görüş barədə Moderator.az-a danışan deputat Ceyhun Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, martın 5-də Ankarada, İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında iştirak edərək, Azərbaycan və Türkiyə əlaqələri ilə bağlı mühüm bəyanatlar verdilər. Növbəti bir tarixi səfərin və tarixi hadisənin şahidi olduq:
“Prezident İlham Əliyev  çıxışında olduqca vacib məqamlara toxundu və tarixə ekskursiya edərək tarixi Azərbaycan torpaqlarının Ermənistana necə verilməsi, Naxçıvanın blokadaya alınması, ulu öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra Naxçıvanın müdafiəsi və digər istiqamətdə çox mühüm açıqlamalar verdi. Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi çərçivəsində münasibətlər yeni bir mərhələyə qədəm qoyub. Bu gün ölkələrimiz bütün sahələrdə fəal iştirak edirlər və davamlı inkişafa öz töhfələrini verirlər. Prezident İlham Əliyev xüsusi vurğuladı ki, İğdır-Naxçıvan qaz kəmərinin açılışı bir daha Azərbaycan -Türkiyə dostluğunun, qardaşlığının göstəricisi və əyani sübutudur. Və bu gün bu qardaşlıq, ölkələrimiz arasında əməkdaşlığı, həmrəyliyi daha da gücləndirir və regionda sabitləşdirici faktor olaraq öz rolunu oynayır. İki ölkə Türk Dövlət Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir. Bütün platformalarda Azərbaycan Türkiyənin yanındadır, Türkiyə də  Azərbaycanın yanındadır və bir -birlərinə heç zaman  öz yardımlarını əsirgəmirlər. Türkiyə- Azərbaycan qardaş yardımını və dəstəyini  davamlı olaraq göstərirlər. Bu səfərdən sonra da iki ölkə arasında  əlaqələr daha da möhkəmlənəcək, inkişaf edəcəkdir. Çünki burada hər iki ölkə liderinin qətiyyəti, prinsipiallığı var və təbii ki, bu da öz müsbət töhfəsini birmənalı olaraq verir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər