Bu şəxslərə vəzifə verildi - SİYAHI
Cəmiyyət
528
15:41, Bu gün

Bu şəxslərə vəzifə verildi - SİYAHI

“Bakı Metropoliteni” QSC-də Hüquq departamentinin rəisi, Kommersiya departamentinin rəisi və Daxili Nəzarət şöbəsinin rəisi vəzifələrinə yeni təyinatlar olub.

Qurumun Hüquq departamentinin rəisi Babək İsmayılov öz vəzifəsindən azad edilərək həmin departamentin rəis müavini vəzifəsinə təyin olunub.

B.İsmayılovun yerinə Metropolitenin Hüquq departamentin rəisi vəzifəsi Kənan Quliyevə həvalə edilib. K.Quliyev daha öncə Azərbaycan İnvestisiya Holdinqində Hüquq departamentinin müdiri vəzifəsində çalışıb.

Metropolitenin Kommersiya Departamentinin rəisi vəzifəsinə isə Ruslan Ağayev gətirilib. R.Ağayev bu vəzifədə bir müddət öncə işdən azad olunan Lalə Babayevanı əvəz edib. R.Ağayev daha öncə Balaxanı Sənaye Parkında çalışıb. 

Metronun Daxili Nəzarət şöbəsinin rəisi vəzifəsi isə Nicat Əliyevə həvalə olunub. N.Ağayev daha öncə “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı olub.

Qeyd edək ki, ötən ilin dekabr ayında ölkə başçısının Sərəncamı ilə Vüsal Aslanov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsinə təyin edilib. V.Aslanovun gəlişindən sonra qurumda kütləvi şəkildə kadr dəyişiklikləri, rəhbər vəzifələrə yeni təyinatlar müşahidə edilir. Belə ki, bu ilin yanvar-fevral aylarında Nərgiz Mustafayeva Metropolitenin Strateji inkişaf departamentinin, Asəf İsgəndərli Maliyyə departamentinin, Tərlan Həsənli Təchizat departamentinin rəisi vəzifələrinə təyin edilib. QSC-nin rəisi V.Aslanovun əmri ilə qurumda Mühafizə və Yanğın Təhlükəsizliyi departamenti və Kommunikasiya departamentləri yaradılıb. Zamiq Quliyev Metropolitenin Mühafizə və Yanğın Təhlükəsizliyi departamentinin, Şaban İmkani isə Kommunikasiya departamentinin rəisi vəzifələrinə təyin olunub. Bu ilin yanvar ayında Türkiyənin Marmaray sualtı tunelinin mühəndisi Orxan Yenigün Metropolitendə sədrin müşaviri vəzifəsinə gətirilib./APA

Link kopyalandı!
Son xəbərlər