Bizi sosial şəbəkələrdən izləyin:
Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə çalışan Asif Verdiyev və Rafiq Verdiyev qardaşları Azərbaycan Su Ehtiyatları Agentliyində (ADSEA) işə başlayıblar. Bu barədə Modern.az məlumat yayıb.
Asif Verdiyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru vəzifəsində çalışıb.
Rafiq Verdiyev isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini vəzifəsində işləyirdi. O, bir müddət əvvəl Azərbaycan Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri vəzifəsinə başlayıb.
Asif Verdiyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində “SEDAM MMC”nin direktor müavini təyin edilib.
Hər iki təyinat bu ilin əvvəlində baş tutub.