Bizi sosial şəbəkələrdən izləyin:
Tanınmış teleaparıcı Zamirə Dadaşova sosial mediada "Azəriqaz" İstehsalat Birliyindən şikayətçi olub.
Moderator.az xəbər verir ki, o, öz sosial şəbəkə hesabında 2024-cü il noyabrın 24-də qaz borcunu ödədiyini qeyd edərək, ardıcıl baş verən problemləri açıqlayıb.
Z.Dadaşova bildirib ki, 2025-ci il yanvarın 1-də limitlə bağlı sayğacının sıfırlanması gözlənilirdi, lakin Xəzər Rayon Qaz İdarəsi fevralın 1-də sayğaca baxış keçirib və ona qəbz təqdim etməyib. Sonradan məlum olub ki, fevralın 1-nə qədər limitini aşmış hesab olunduğu üçün sərfiyyat 720 kub olmasına baxmayaraq, qiymət ona 22 qəpikdən hesablanacaq və o, 360 manat ödəməli olacaq".
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə sorğu ünvanlanıb.