"Siz təkcə ölkənin lideri deyilsiniz, həm də bu ölkənin kralısınız..."
Çərşənbə axşamı, martın 4-də Rusiya prezidenti Vladimir Putin Myanmanın baş naziri Min Aun Xlayn ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə "Korrespondent" nəşri məlumat yayıb.
Nəşrin xüsusi müxbiri Andrey Kolesnikov görüşdə iştirak edib və baş verənləri diqqətlə qeydə alıb.
Söhbət zamanı Kreml rəhbəri Myanma baş nazirinə ötən ildəki "çox isti" hədiyyəsi üçün təşəkkür edib. "Siz ötən il bizə altı fil gətirmişdiniz, onlar artıq Moskva zooparkına verilib, çox sağ olun!" - Putin deyib. Lakin Kolesnikov dəqiqləşdirib ki, əslində fillər Moskvanın Vernadski prospektində yerləşən Böyük Moskva Sirkinə göndərilib.
Min Aun Xlayn bu sözlərə görə Vladimir Putinə son dərəcə minnətdar olub və dərhal cavab verib: "Bu fillər bizim ölkəmizdə isti mövsümdə yaşayıb, indi isə onlar Rusiyada belə bir temperaturda yaşayır!" - o, təəssüflə başını yelləyib.
"Ona görə dəmən bura gələr-gəlməz dərhal soruşdum: "Bizim fillərimiz necədir, orada necə yaşayırlar?" Və mənə dedilər: "Narahat olmayın, hamısı nəzarət altındadır".
"İki ölkəmiz arasında məsafə çox böyükdür, amma biz ürəklərimizlə bir-birimizə yaxınlıq hiss edirik. Niyə biz bir-birimizi belə sevirik?" - Min Aun Xlayn sual verib. Amma görünən odur ki, cavabı artıq özü bilirdi.
"Fürsətdən istifadə edərək sizə bir hekayə danışmaq istəyirəm. Bu, məhz ölkələrimiz arasındakı münasibətlərlə bağlıdır", - baş nazir davam edib və Putinə 1942-ci ildə nəşr olunmuş qədim buddist peyğəmbərliklər kitabını təqdim edib. Düzdür, Xlayn yalnız bu unikal kitabı nümayiş etdirib, Putinə isə onun surətini verib. "Və orada rus dilində olmalıdır", - baş nazir qeyd edib.
"Budda dövründə Myanma kralı onunla dost olub.Və kral dəfn olunanda Buddaya ərzaq və dərmanlar bağışlayıb. Hətta inəkləri də qurban verib və Budda gülümsədi. Ondan soruşublar: "Niyə gülümsədin, Budda?" O isə krala müraciət edərək deyib: "Buddist təqvimi ilə iki min ildən sonra sən Rusiya kralı olacaqsan! Və bu kral güclü, liderlik xüsusiyyətlərinə malik olmalıdır! Silah məsələsində də çox yaxşı vəziyyətdə olacaq", - Xlayn qədim peyğəmbərliyindən iqtibas gətirib.
Vladimir Putin gülümsəyərək başını tərpədib. Görünür ki, o artıq Myanma baş nazirinin hara yönəldiyini başa düşüb. "Və bu kral bizim inəklərimizlə dost olacaq!" - Min Aun Xlayn coşqu ilə əlavə edib.
"Və indi Rusiya elə bir ölkədir ki, biz hərbi texnologiyalar sahəsində ona əsaslanırıq! Ümumiyyətlə, Buddanın sözü bu anda yerinə yetib. Və bildiyimə görə, siz Rusiyada nə beş il, nə on il, kifayət qədər uzun müddətdir ki, liderlik edirsiniz! Bu, o deməkdir ki, siz təkcə ölkənin lideri deyilsiniz. Siz bu ölkənin kralısınız", - Myanma hökumətinin başçısı bu nətivəyə gəlib.
"Bəli, hər şey Buddanın peyğəmbərliyində deyildiyi kimi baş verib. Reinkarnasiyadan sonra kral yenidən kral olub. Sadəcə, indi onun adı Vladimir Putindir. Mən bunu deyirəm, çünki keçmiş həyatda belə şeylər baş verir. Sonra belə görüşlər olur", - Min Aun Xlayn reinkarnasiyadan sonra keçmiş Myanma kralı ilə bugünkü görüşünü şərh edib.
Ancaq eramızdan əvvəl VII-VI əsrlərdə yaşamış Budanın bunu necə edə bildiyi müəmmalı qalır. Ola bilsin, bu, tərcümə çətinliklərindən irəli gəlib.