Əhalinin kommunal borcları silinir? - Hər kəsin gözlədiyi xəbər
Cəmiyyət
2406
05 Mar 2025 | 14:46

Əhalinin kommunal borcları silinir? - Hər kəsin gözlədiyi xəbər

Hələ bir neçə il əvvəl Gürcüstan hökumətinin aztəminatlı əhalinin kredit borclarının ləğvinə dair qərarı qəbul etmişdi. Nəticədə də Gürcüstanda 600 mindən çox kredit borcu olan aztəminatlı ailələrin borcunun silinmişdi. Bəs Azərbaycanda aztəminatlı ailələrin o cümlədən əlil təqaüdçülərin kommunal və banklara olan kredit borcları dövlət tərəfindən ödənilə bilərmi? Ümumiyyətlə hansı hallara hansı sosial statusa malik şəxslərin bank və ya kommunal borcları silinə bilər?
 
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bunun üçün kriteriyalarına heç bir əhəmiyyəti yoxdur.  Bu məsələ birmənalı olaraq siyasi məsələdir. Çünki o zaman Gürcüstan hökuməti seçkilərdən əvvəl belə bir qərar qəbul edilməsini reallaşdırdı. Beləliklə də həmin hökumət seçkilərdə ciddi dəstək qazana bildi. Burada məqsəd seçkilərdə uğur qazanmaq idi. Bunun üçün də borcların silinməsi ilə bağlı əhali arasında iqtisadi kriteriyalar tətbiq edilmədi.
 
Natiq Cəfərli onu da vurğulayıb ki, Azərbaycanda da aztəminatlı ailələrin borclarının silinməsi hökumətin əlindədir. Yəni, hökumət istəsə bunu gerçəkləşdirə bilər.
 
"Lakin bu qərarın tətbiqi ilə bağlı əminliklə söz demək çətindir. Ona görə ki, Azərbaycanda büdcə xərclərinə qənaətlə bağlı konsepsiyanın fəaliyyətə başladığını düşünürəm. Ölkəmizdə büdcə xərclərinin azaldılması üçün bir növ qənaətlə xərclənmə strategiyası qəbul olunub", - deyə Natiq Cəfərli qeyd edib. (Referans.az)
Link kopyalandı!
Son xəbərlər