“Sən orada yağ-soğan qızart, mən lirika oxuyum?”-Könül Kərimova
Cəmiyyət
1562
05 Mar 2025 | 10:14

“Sən orada yağ-soğan qızart, mən lirika oxuyum?”-Könül Kərimova

“Elə nəğmələrim var ki, əsərdir. Onu heç efirdə oxumağa ehtiyac görmürəm. Çünki verilişlərin formatına uyğun deyil. Efirdə cəmi saat yarım, iki saat vaxt var, həm də daha çox nikbin mahnılar istəyirlər. Mən o mahnıları şou xarakterli verilişlərə uyğun görmürəm. Deyib-gülürük, zarafatlaşırıq və qəfil gözümü yumub hansısa əsərdən söhbət edə bilmərəm. Bunu etsəm elə zənn edərəm ki, əsərimə hörmətsiz yanaşıram. Əvvəldən buna diqqət etmişəm. Əvvəllər mətbəx verilişi var idi, ora gedərdik. Orada heç vaxt ürəyə, qəmli notlara toxunan mahnılar oxumazdım. Orada şən mahnılar ifa edirdim. Hətta təklif ediblər ki, filan mahnını oxu, demişəm ki, olmaz. Orada yağ-soğan qızardır, mən burada lirika oxumayım? Xahiş də ediblər oxumamışam. Nəğmələrimə, öz musiqilərimə bu dərəcədə həssas yanaşıram”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Könül Kərimova deyib.
O daha sonra bildirib ki, repertuarı toya gələn insanların əhval-ruhiyəsinə görə seçir:
 
“Mən toy şənliklərinə gələn insanların ab-havasına baxıram. Camaata baxıb nəğmələrimi ifa edirəm. Bir də görürsən ki, hamının başı yeməyə qarışıb, səni dinləmirlər. Əgər mənə qulaq asmırlarsa belə, duyğusal mahnılarımı ifa etmirəm. O ab-havaya uyğunlaşmağa çalışıram. Zövqlər müxtəlifdir. Toy şənlikləri belədir ki, sən onların zövqünü oxşamalısan. Konsertdəsənsə onlar sənin ifana qulaq asmalıdır. Toy şənliyində isə onların istəyi ilə hərəkət etməlisən. Mənim fikrimcə bu belə olmalıdır” deyə müğənni bildirib.
Link kopyalandı!
Son xəbərlər