Bu il Azərbaycanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb - VİDEO
Cəmiyyət
670
04 Mar 2025 | 17:18

Bu il Azərbaycanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb - VİDEO

İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb.
 
Moderator.az xəbər verir kİ, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Bu ilin yanvar-fevral ayları ərzində DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının Bakı şəhərində həyata keçirdikləri tədbirlər nəticəsində Azərbaycanda olma, yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran və qeydiyyat qaydalarına əməl etməyən 59 əcnəbi ölkə vətəndaşı saxlanılıb.
 
Həmçinin, ötən il keçirilən COP29 tədbirləri çərçivəsində Bakı şəhərinə gələn, amma ölkə ərazisindən çıxışları qeydə alınmayan müxtəlif xarici ölkələrin 13 vətəndaşının da yeri müəyyən edilərək barələrində qanunauyğun tədbir görülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.
 
Qeyd edilib ki, saxlanılanlar arasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə barəsində axtarışı elan edilən əcnəbi vətəndaş da olub.
 

 

Link kopyalandı!
Son xəbərlər