Tullantı sularının təkrar istifadəsi ilə bağlı qaydalar təsdiq ediləcək
Cəmiyyət
566
16:47, Bu gün

Tullantı sularının təkrar istifadəsi ilə bağlı qaydalar təsdiq ediləcək

Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (su təchizatı)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.
 
“APA-Economics” xəbər verir ki, yol xəritəsinə görə, cari ilin 1 iyul tarixinə qədər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən tullantı sularının təkrar istifadəsi ilə bağlı (təmizlənmiş suyun istifadəsi üçün təlimatlar, tullantı sularının keyfiyyəti limitləri və emal prosesi) beynəlxalq təcrübənin araşdırılması, təkliflərin hazırlanması və Komissiya Katibliyinə təqdim edilməsi planlaşdırılır.
 
Eyni zamanda cari ilin 1 sentyabr tarixinə qədər tullantı sularının təkrar istifadəsi ilə bağlı qaydaların müəyyən edilərək Komissiyanın Katibliyi ilə razılaşdırıldıqdan sonra təsdiq olunması gözlənilir.
 
Qeyd edək ki, bu ilin 1 aprel tarixinə qədər ADSEA -nın internet səhifəsində su şəbəkəsinə qoşulma üzrə üzrə statistik məlumatların yerləşdirilməsi üçün xüsusi bölmənin yaradılması, həmin bölmədə aylıq, rüblük və illik məlumatların ictimaiyyətlə paylaşılması, həmçinin internet səhifəsində baş vermiş "Qəzalar barədə məlumat ver" bölməsi yaradılması və məlumatların yenilənməsi nəzərdə tutulub. Həmçinin, Elektron Su Portalında (e-su.az) qoşulmalar üzrə müraciətlərin elektron qaydada "bir pəncərə” prinsipi ilə qəbulu imkanlarının yaradılması planlaşdırılır.
 
Xatırladaq ki, Azərbaycan Respublikası Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Su şəbəkəsinə qoşulma işçi qrupu”na rəhbərliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov həyata keçirir.
Link kopyalandı!
Son xəbərlər