XVI Beynəlxalq Multikulturalizm Məktəbinə start verilib
Cəmiyyət
232
12:05, Bu gün

XVI Beynəlxalq Multikulturalizm Məktəbinə start verilib

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” adlı XVI Beynəlxalq Multikulturalizm Məktəbinə start verib.Martın 10-dək davam edəcək Məktəb Bakı şəhəri iləyanaşı Quba və Qusar rayonlarında da fəaliyyətgöstərəcək. XVI Beynəlxalq Multikulturalizm MəktəbindəAzərbaycan, Rusiya, Bolqarıstan, Braziliya, Serbiya, Rumıniya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, İraq, Moldova, Türkiyə, Yaponiya, Polşa, Cənubi Koreya, Zimbabve, Çin, Yəmən, Pakistan, Mərakeş vəMozambikdən olan 25 tələbə iştirak edir. 

 

 
Məktəb iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrəkxalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycandövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinidərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanımƏliyevanın da məzarı ziyarət olunub, xatirəsi ehtiramlaanılıb. Sonra Şəhidlər xiyabanı ziyarət edilib, ölkəmizinazadlığı və suverenliyi uğrunda mübarizədə canlarındankeçmiş qəhrəman Vətən övladlarının xatirəsi hörmətləanılıb, məzarları üzərinə tər qərənfillər qoyulub.
 
Daha sonra məktəb iştirakçıları Quba rayonuna yoladüşüblər.
 
XVI Beynəlxalq Multikulturalizm Məktəbininiştirakçılarına Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlifxalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc,yanaşı yaşaması haqqında ətraflı məlumat veriləcək. İştirakçılar “Azərbaycanda dini müxtəliflik və ənənəvibirgəyaşayış”, “Azərbaycan cəmiyyətinin formalaşmasındamultikulturalizm faktoru”, “Müxtəliflik və Konstitusiya – Azərbaycanda multikultural cəmiyyətin inkişafınınaspektləri” mövzularında məruzələr dinləyəcəklər.Məruzələri Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıqşöbəsinin müdiri Anar Qafarov, Bakı BeynəlxalqMultikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiriİrina Kunina, Azərbaycan Dövlət İnformasiya AgentliyininHüquq və insan resursları şöbəsinin müdiri Esmira Tağıyeva təqdim edəcəklər. Beynəlxalq MultikulturalizmMəktəbi çərçivəsində “Öz xalqını təqdim et” musiqiliaxşamlar da təşkil olunacaq. Burada iştirakçı tələbələr özxalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumatverəcəklər.
 
Quba və Qusar rayonlarında ekskursiyalar təşkilediləcək – İştirakçılar Quba Soyqırımı Memorial Kompleksi, Qırmızı qəsəbə, Dağ Yəhudiləri Muzeyi ilətanış olacaqlar, Altı günbəz və “Giləki” sinaqoqlarınıziyarət edəcəklər.
 
 
Qonaqlar həmçinin Heydər məscidində, Rus Provaslav Kilsəsində, Dağ Yəhudiləri Sinaqoqunda, Müqəddəs Məryəm Katolik kilsəsində də olacaqlar.
 
Sonra iştirakçıların BBMM-in Himayəçilik Şurasınınsədri akademik Kamal Abdullayev, BBMM-in icraçıdirektoru Rəvan Həsənov, Qafqaz Müsəlmanlarıİdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ilə görüşü planlaşdırılır.
 
 
Xatırladaq ki, Mərkəz yarandığı gündən etibarənPrezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğuAzərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı bir sıralayihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət kəsbedən layihələrindən biri də artıq ənənə şəklini alan vəmütəmadi olaraq ildə iki dəfə təşkil edilən BeynəlxalqMultikulturalizm Məktəblərinin təşkil olunmasıdır. LayihəBBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdəvə ölkə universitetlərində tədrisi” layihəsinin məntiqidavamıdır. Tədris layihəsi çərçivəsində dünyanın vəAzərbaycanın ali təhsil müəssisələrində Azərbaycanmultikulturalizmini öyrənən tələbələr üçün ildə iki dəfəBeynəlxalq Multikulturalizm Məktəbi təşkil olunur. Buradaməqsəd tələbə gənclərin Azərbaycan multikulturalizmihaqqında nəzəri şəkildə öyrəndiklərini əyani olaraqgöstərməkdir.
 
 
Bakı Beynəlxalq Multikulturalizm MərkəzininMətbuat xidməti
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər